
Bakı.Trend:
Avropa “güc dilində danışmağı” öyrənməlidir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Niderlandın yeni baş naziri Rob
Yetten bildirib.
“Qısa müddət ərzində geosiyasətin güc siyasətinə çevrildiyini
görməməzlikdən gələ bilmərik. Köhnə ittifaqlar əvvəlki qədər möhkəm
deyil. Avropa güc dilində danışmağı öyrənir və bu, son dərəcə
zəruridir. Biz hesab edirik ki, güclü Avropa ilə güclü Niderland
çiyin-çiyinə irəliləməlidir”,- Yetten baş nazir kimi parlament
qarşısında ilk çıxışında qeyd edib.
Yettenin sözlərinə görə, Avropa eyni zamanda digər ölkələrdən və
xarici texnologiya nəhənglərindən iqtisadi asılılıq problemi ilə də
üzləşir.
Qeyd edək ki, Solçu-liberal “Demokratlar-66” partiyası,
sağçı-liberal “Azadlıq və Demokratiya naminə Xalq Partiyası” və
“Xristian-demokrat çağırışı” hərəkatı tərəfindən formalaşdırılan
Niderlandın yeni hökuməti fevralın 23-də and içib.


