
Ermənistan və Azərbaycan yüz milyonlarla dollarlıq ikitərəfli ticarət potensialına malikdir.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O xatırladıb ki, Bakı İrəvana Ermənistana tədarük edə biləcəyi “çoxsaylı malların siyahısını” təqdim edib.
“Biz də öz növbəmizdə onlara (Azərbaycana – red.) öz siyahımızı təqdim etmişik. Ticarət olacaq. Mən əminəm ki, yüz milyonlarla dollarlıq ikitərəfli ticarət potensialı mövcuddur”, – nazir bildirib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


