Mərkəzi Bank və “Komplayens Assosiasiyası” İctimai Birliyi Anlaşma Memorandumu imzalayıblar

Baş səhifə

Bakı. Trend:

Fevralın 24-də Mərkəzi Bank ilə “Komplayens Assosiasiyası”
İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Trend bu
barədə tənzimləyici quruma istinadən xəbər verir.




Anlaşma Memorandumunun məqsədi maliyyə və qeyri-maliyyə
subyektləri üçün komplayens mədəniyyətinin formalaşdırılması,
komplayens sahəsində qabaqcıl təcrübələrin təşviqi və tənzimləyici
tələblərə uyğunluğun daha da artırılmasıdır.

Bu məqsədlə komplayens mexanimzlərinin və etik davranış
prinsiplərinin formalaşdırılması və inkişaf etdirilməsi üçün
maarifləndirmə və məlumatlandırma təşəbbüslərinin keçirilməsi
nəzərdə tutulur. Qeyd olunan istiqamətdə komplayens sahəsində
fəaliyyət göstərən mütəxəssislər üçün seminarlar, təlim
proqramları, dəyirmi masalar, konfranslar və digər tədbirlərin
təşkili planlaşdırılır.