Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından
birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və
obyektlərdən pul tələb edilməsi ilə bağlı daxil olan şikayətlər
əsasında 34 yaşlı Şəhriyar Həsənzadə Lənkəran şəhəri ərazisində
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.




Bildirilir ki, araşdırmalarla müəyyən olunub ki, o, müəssisə və
təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların
işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib,
həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması
müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və
digər tədbirlər davam etdirilir.