Azərbaycan Livana fındıq ixracını bərpa edib

Baş səhifə
Azərbaycan Livana fındıq ixracını bərpa edib

Ötən il Azərbaycan 170,7 milyon ABŞ dolları dəyərində 18 min 973 ton meşə fındığı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 32 % çox, kəmiyyət olaraq – 6 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 67,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 % az) 8 min 521 ton (-26 %), Almaniyaya 40,4 milyon ABŞ dolları dəyərində (+88 %) 3 min 664 ton (+31 %), İtaliyaya 19,1 milyon ABŞ dolları dəyərində (+34 %) 1 min 888 ton (-2 %), İsveçrəyə 10,8 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 960 ton (+71 %), Türkiyəyə 9,6 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 min 265 ton (+65 %) məhsul satıb.

Azərbaycan 6 il 10 aylıq fasilənin ardından Livana (187,2 min ABŞ dolları dəyərində 24 ton) tədarükü bərpa edib.