Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi ilə ayrılıb – RƏSMİ

Baş səhifə

Bakı.Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədrinin
müşaviri Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında
ayrılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib.




Bildirilib ki, proses əmək qanunvericiliyinə və şirkətin daxili
prosedurlarına uyğun şəkildə həyata keçirilib.

Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin
sədri Allahşükür Paşazadənin oğludur.