
Beynəlxalq Əmək Təşkilatı ölkələr üzrə əmək məhsuldarlığına dair statistikanı açıqlayıb.
Modern.az-ın məlumatına görə, Azərbaycanda əmək məhsuldarlığı 26,4 dollar (44,2 manat) səviyyəsində qiymətləndirilib. Bu göstərici bir iş saatına düşən ümumi daxili məhsulun (ÜDM) həcmini əks etdirir.
Azərbaycan bu göstərici ilə İranı (23,6 dollar), Ermənistanı (26 dollar), Özbəkistanı (13,7 dollar) və Qırğızıstanı (10 dollar) geridə qoyur.
Ümumilikdə, qonşu və Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə əmək məhsuldarlığı aşağıdakı kimidir:
Rusiya – 43,2 dollar
Qazaxıstan – 41,5 dollar
Türkiyə – 40,9 dollar
Gürcüstan – 29,5 dollar
Türkmənistan – 27,9 dollar
Ermənistan – 26 dollar
İran – 23,6 dollar
Özbəkistan – 13,7 dollar
Qırğızıstan – 10 dollar
Əmək məhsuldarlığının ən yüksək olduğu ölkələr sırasında isə İrlandiya (164,7 dollar), Lüksemburq (159,5 dollar), Norveç (125,6 dollar), Niderland (92,3 dollar), Danimarka (92,2 dollar), Belçika (91,5 dollar), Avstriya (86,7 dollar), İsveçrə (85,8 dollar) və İsveç (83,9 dollar) yer alır.


