Ukrayna vətəndaşlarının Gürcüstan ərazisində vizasız qalma müddəti bir ildən iki ilədək uzadılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökuməti qəbul edib.
Bu gündən etibarən qüvvəyə minən qərar 2025-ci ilin fevralın 24-dən sonra Gürcüstana gələn Ukrayna vətəndaşlarına şamil olunur.
Qeyd edək ki, 2023-cü ildə Ukrayna vətəndaşlarının Gürcüstanda vizasız qalma müddəti iki ilədək , 2024-cü ildə üç ilədək uzadılıb, lakin 2025-ci ildə bir ilədək azaldılıb.

