Ötən il özəlləşdirilən dövlət əmlakının ümumi satış qiyməti 13,1 milyon manatdan artıq olub

Baş səhifə

Bakı.Trend:

Ötən il dövlət əmlakının özəlləşdirilməsi məqsədilə ümumilikdə
58 hərrac təşkil edilib, bu hərraclarda 1180 obyekt, səhmdar
cəmiyyətlərinin səhm paketi və daşınar əmlak satılıb.

Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 2025-ci
il ərzində görülən işlər barədə hesabatında qeyd edilir.

Məlumata görə, ötən il hərraclar vasitəsilə özəlləşdirilmiş
dövlət əmlakının ümumi satış qiyməti 13,1 mln. manatdan artıq
olub.




Kiçik dövlət müəssisə və obyektlərinin satışı ilə bağlı
ümumilikdə 53 hərrac keçirilmiş, 1168 əmlak (7 kiçik dövlət
müəssisəsi, 1 yarımçıq tikili və 1160 nəqliyyat vasitəsi) satılıb,
ümumi satış qiyməti 12.6 mln. manat təşkil edib. Səhmdar
cəmiyyətlərinin səhm paketlərinin satışı üzrə 4 pul hərracı təşkil
edilmiş və 8 ASC-nin səhm paketi satılıb.

Müsadirə edilmiş əmlakların satışı ilə bağlı 5 hərrac keçirilib
və satılmış əmlakın dəyəri 1,6 mln. manat olub.