Fuat Oktay: İran birbaşa Türkiyə və Azərbaycana təsir edən məsələdir

Baş səhifə

İran birbaşa Türkiyə və Azərbaycana təsir edən məsələdir.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Əgər İranda Suriyadakına bənzər bir qarışıqlıq baş verərsə, bunun bütün regiona və dünyaya təsiri fərqli olar, amma bu təsir Azərbaycan və Türkiyədə daha güclü şəkildə hiss olunar. Bu səbəbdən Türkiyə və Azərbaycan olaraq problemin İran ilə ABŞ arasında danışıqlar yolu ilə həllini arzu edirik. Türkiyə olaraq bu istiqamətdə səylər göstəririk və ümid edirik ki, məsələ məhz bu yolla həllini tapacaq. Lakin ABŞ-ın bölgədəki hərbi qüvvələri istər-istəməz bütün dünyada narahatlığı artırır. Ümid edirik ki, hər hansı bir qarşıdurmaya səbəb olmadan bu məsələ ən qısa zamanda öz həllini tapacaq”, – Fuat Oktay qeyd edib.