Azərbaycanda əmlak sığortası bazarı böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 25,995
milyon manat sığorta haqqı toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 493 min manat və ya 1,9% çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər isə 762 min
manat və yaxud 22,3% azalaraq 2,649 milyon manata bərabər olub.

Beləliklə, bu ilin yanvar ayında əmlak sığortası bazarında
toplanmış hər 100 manat sığorta haqqının 10,2 manatı müştərilərə
geri ödənilib.




Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət
göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat
məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon
manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%
artıb.