TBMM-nin komitə sədri Türkiyə-Ermənistan normallaşmasının şərtini bir daha bəyan edib

Baş səhifə
TBMM-nin komitə sədri Türkiyə-Ermənistan normallaşmasının şərtini bir daha bəyan edib

Türkiyə–Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu proseslər paralel şəkildə aparılır.

“Ümid edirik ki, bütün bunlar çox sürətlə inkişaf edəcək və bölgənin gündəmi artıq münaqişələrlə deyil, sülh, rifah və inkişafla müəyyən olunacaq. Bundan sonra diqqətimizi daha çox gələcəyə yönəldəcəyik”.