
Bakı. Trend:
Yaponiyada güclü zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC)
məlumat yayıb.
Zəlzələ Rixter cədvəli ilə 5,2 bal gücündə olub. Yeraltı
təkanların episentri Sikoku adasında 34,5 min nəfərin yaşadığı
Nakamura rayonundan 98 kilometr cənubda qeydə alınıb.
Zəlzələnin yeraltı ocağı 10 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.


