
AFFA rəsmiləri Albaniyanın paytaxtı Tiranada “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda regional seminara qatılıblar.
“Report” milli assosiasiyaya istinadən xəbər verir ki, tədbirdə qurumun Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları – departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.
Seminar zamanı UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri, UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması müzakirə olunub.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


