Kürdəmirdə yük maşını 77 yaşlı piyadanı vuraraq öldürüb

Baş səhifə
Kürdəmirdə yük maşını 77 yaşlı piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil 77 yaşlı piyadanı vuraraq öldürüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, MAN markalı yük maşını yolu keçmək istəyən piyada, rayon sakini 77 yaşlı Əliyev Teyyub Ələmdar oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.