
İran səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bu barədə Niderland XİN-dən NOS telekanalına bildirilib.
Buna Niderland diplomatının Tehran hava limanında diplomatik baqajını təhvil verməyə məcbur edilməsi səbəb olub.
Niderland XİN 28 yanvarda baş verən hadisəni qəbuledilməz adlandırıb və İran səfirininin izahat üçün Nazirliyə çağırıldığını açıqlayıb: “İran tərəfi bu görüntüləri sızdırmaqla sükutu pozub. Biz bundan təəssüflənirik”.


