Pakistanın Pəncab əyalətində terror – Ölü və yaralılar var

Baş səhifə

Bakı. Trend:

Pakistanın Pəncab əyalətində təhlükəsizlik qüvvələrinə məxsus
nəzarət-buraxılış məntəqəsinə (NBM) terror hücumu olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, Bhakkar rayonunun ərazisində yerləşən NBM
terrorçu-kamikadzenin hücumuna məruz qalıb. Terrorçunun üzərindəki
partlayıcı qurğunu işə salması nəticəsində baş verən partlayışda 4
polis əməkdaşı həlak olub, 3 nəfər yaralanıb.




Yaralılar ətrafdakı xəstəxanalara çatdırılaraq müalicəyə alınıb.
Hücumdan sonra güc strukturlarının ərazini mühasirəyə aldığı və
genişmiqyaslı təhlükəsizlik tədbirlərinin görüldüyü qeyd
olunur.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə
götürməyib.