Bakı. Trend:
“Real”ın futbolçusu Brahim Diaz mövsümün sonunda icarəyə
göndərilə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ona PSJ-dən sonra “İnter”dən də
təklif gəlib.
Klub Mərakeş millisinin üzvünü bir illik icarəyə götürmək
niyyətindədir.
26 yaşlı futbolçu hələ ki qəti qərarını verməyib.
Qeyd edək ki, “Malaqa”nın yetirməsi olan Diaz daha əvvəl
“Mançester Siti” və “Milan” klublarında çıxış edib.
Brahimin “Real”la müqavilə müddəti 2027-ci il iyunun 30-na
qədərdir.

