
Bakı. Trend:
Mütləq Döyüş Çempionatı (UFC) Ağ Evdə turnirin təşkili üçün 60
milyon dollara qədər vəsait xərcləyəcək.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
UFC şou üçün Ağ Evin qərb hissədə olan həyətində oktaqon (döyüş
qəfəsi) və tamaşaçılar üçün tribunalar quracaq.
Döyüşçülərin oktaqona Oval kabinetdən çıxacağı gözlənilir.
Qeyd edək ki, “UFC White House” turniri 14 iyun tarixində
keçiriləcək və İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsinin 250
illiyinə həsr olunacaq. Bu, Ağ Evdə keçiriləcək ilk peşəkar idman
tədbiri olacaq.


