
Kristof Leribo Parisdəki Luvr muzeyinin direktoru vəzifəsindən daha əvvəl istefa vermiş Lorans de Karı əvəz edəcək.
“Report” xəbər verir ki, bu barədə “Le Parisien” nəşri mənbəyə istinadən məlumat yayıb.
“Versal muzeylərinin hazırkı direktoru Kristof Leribonun Luvrun rəhbəri təyin ediləcəyi gözlənilir. Bu barədə bu gün Nazirlər Kabinetinin iclasında qərar elan edilə bilər”, – o bildirib.
Xatırladaq ki, son vaxtlar muzey bir sıra çətinliklərlə, o cümlədən 2025-ci ilin oktyabrında baş vermiş qalmaqallı soyğunçuluq, bəzi zalların su basması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edən personalın davamlı tətilləri ilə üzləşib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


