“Türkdilli dövlətlər” sözündən əl çəkmək lazımdır – Yaqub Mahmudov

Baş səhifə

Bakı. Trend:

“Türkdilli dövlətlər” sözündən əl çəkmək lazımdır.

Trend xəbər
verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
müşaviri Yaqub Mahmudov bu gün akademiyanın elmi təşkilatların və
ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi-təşkilati
fəaliyyətinə həsr edilmiş Ümumi Yığıncağında çıxışı zamanı
bildirib.




Onun sözlərinə görə, hazırda türk dünyası tarixində həlledici
illər yaşanır və Azərbaycan bu məsələdə xüsusi rol oynayır:

“Mən burdan müraciət etmək istəyirəm. “Türkdilli dövlətlər”
sözündən əl çəkmək lazımdır. Artıq Türk Dövlətləri Təşkilatı
yaradılıb və bu, türkdilli dövlətlər demək deyil. Elə bil biz türk
deyilik, bizim ağzımıza dil keçirdiblər”, o qeyd edib.