
Bakı. Trend:
Mayamidən Medelin şəhərinə (Kolumbiya) uçan ABŞ-nin “American
Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Kolumbiyada atəşə
tutulub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, təyyarənin gövdəsində güllə deşikləri
aşkarlanıb.
Zərərçəkənlərin olmadığı bildirilir. İlkin versiyaya görə,
“Boeing 737 MAX 8” təyyarəsi Kolumbiya aeroportuna eniş edən zaman
atəşə məruz qalıb. Güllələr sağ qanada tuş gəlib. Güllə
deşiklərinin təyyarənin ABŞ-yə qayıtmasından sonra aşkarlandığı
qeyd olunur.
Faktla bağlı istintaqa başlanılıb. Təyyarə uçuşlardan çıxarılıb
və təmirə yönləndirilib.


