
Bakı. Trend:
Maliyyə nazirinin birinci müavini Anar Kərimov yeni vəzifəyə
təyin edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank
olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı”
Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində
mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında
olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və
xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının
satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə
Komissiyasının sədri vəzifəsinə maliyyə nazirinin birinci müavini
Anar Kərimov təyin edilib.
Daha əvvəl bu vəzifəni maliyyə nazirinin sabiq müavini,
iqtisadiyyat nazirinin müavini Azər Bayramov icra edirdi.


