
İndoneziyanın mərkəzi hissəsində Semeru vulkanı yenidən püskürüb.
“Report” xəbər verir ki, bu barədə “Antara” agentliyinin məlumatında deyilir.
Kül sütunu vulkanın kraterindən 3 min metr və ya dəniz səviyyəsindən 6 676 metr yüksəkliyə qalxıb.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Yumşaldılması Mərkəzi bölgə sakinlərini və turistləri ehtiyatlı olmağı və vulkanın qızmar daşlar püskürməsi riski səbəbindən kraterə 5 km radiusda yaxınlaşmamağı tövsiyə edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


