
Bakı. Trend:
“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik
edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Qüvvədə olan qanunvericiliyə görə, “Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında” Qanun qüvvəyə mindiyi günədək Azərbaycan
Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi
xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə
qeydiyyatda olma müddəti kimi qəbul edilir.
Yeni qərara əsasən, bu halda şəxsin hərbi qeydiyyatda olduğu
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli
baş idarə, idarə, şöbə və bölmələri ilə yanaşı, Dövlət
Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat
Xidməti tərəfindən hərbi xidmət dövrü göstərilməklə
verilmiş sənəd də sorğuya əlavə ediləcək.


