Şri-Lankanın keçmiş kəşfiyyat rəhbəri Sureş Sallini terror aktları ilə əlaqədar həbs edilib

Baş səhifə
Şri-Lankanın keçmiş kəşfiyyat rəhbəri Sureş Sallini terror aktları ilə əlaqədar həbs edilib

Şri-Lanka polisi ölkənin keçmiş kəşfiyyat rəhbəri, general-mayor Sureş Sallini 2019-cu ildə təxminən 270 nəfərin həlak olduğu terror aktları ilə əlaqədar həbs edib.

“Report” xəbər verir ki, bu barədə AP agentliyi polisin mətbuat katibi Fredrik Vutlerə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, polis kamikadzelərin “İslam Dövləti” qruplaşmasından ilhamlandığını güman edir. Cinayət Təhqiqatları İdarəsi Sallinin terror aktları ilə bağlı mümkün əlaqələrini və ya yol verdiyi nöqsanları araşdırır.

Qeyd edək ki, 2019-cu il aprelin 21-də iki islamçı qruplaşma demək olar ki, eyni vaxtda altı terror aktı törədib. Kamikadzelərin hədəfi kilsələr və hotellər olub. Onların çəkdiyi videogörüntülərdə “İslam Dövləti” qruplaşmasına sədaqət andı içdikləri əks olunub.