Azərbaycanda icbari sığorta ödənişləri 16%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin
hesabına 20,148 milyon manat sığorta haqqı toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 2,909 milyon manat və ya 12,6% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 1,646
milyon manat və yaxud 16,3% artaraq 11,750 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar ayında icbari sığorta bazarında
toplanmış hər 100 manat sığorta haqqının 58,3 manatı müştərilərə
geri ödənilib.




Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət
göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat
məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon
manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%
artıb.