ABŞ-nin 12 ədəd “F-22” qırıcı təyyarəsi İsrailin cənubundakı aviabazaya eniş etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin 12 ədəd “F-22” qırıcı təyyarəsi İsrailin cənubundakı
hava bazasına eniş edib.

Trend-in
məlumatına görə, bu barədə İsrailin “Kan” radiosu xəbər verib.




Məlumata əsasən, “F-22” qırıcıları ABŞ-nin Yaxın Şərqdəki
yerləşdirməsi çərçivəsində İsrailə göndərilib.

“The Washington Post” (WP) qəzetinin daha əvvəl peyk
görüntülərinə və uçuş məlumatlarının təhlilinə istinadən verdiyi
məlumatına əsasən, ABŞ 17 fevralda Cenevrədə Vaşinqton və Tehran
arasında aparılan danışıqlardan sonra İran yaxınlığında hərbi
mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən
çox təyyarə yerləşdirib.