Pakistan və Əfqanıstan sərhədində toqquşma baş verdi

Baş səhifə

Bakı. Trend:

Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş
verib.

Trend-in
məlumatına görə, bu barədə Əfqanıstanın “TOLO News” televiziya
kanalı mənbələrə istinadən xəbər verib.




Məlumata əsasən, Əfqanıstanın Nəngərhar vilayətinin Nazian
rayonunda, Durand xətti yaxınlığında iki ölkənin sərhədçiləri
arasında toqquşma baş verib. Xinhua xəbər agentliyi İslam
əmirliyinin hakimiyyət orqanlarına istinadən bildirib ki,
sərhəddəki vəziyyətin artıq normallaşıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat
verilməyib.