
Bakı. Trend:
İspaniya La Liqasında növbəti baş məşqçi istefası
gerçəkləşib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Malyorka” Yaqoba
Arrasate ilə yollarını ayırıb.
47 yaşlı müütəxəssis uğursuz nəticələrə görə istefaya
göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam
verilib.
Qeyd edək ki, Yaqoba Arrasate 2024-cü ilin yayında “Malyorka”nın
baş məşqçisi vəzifəsində təyin olunmuşdu. Komanda La Liqada 25
turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində
qərarlaşıb.


