
ABŞ-nin Corc Vaşinqton Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə ölkəmizin tarixi və mədəni dəyərlərini əks etdirən sərgi təşkil olunub.
“Report” xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin “X”dəki hesabında məlumat yayılıb.
Sərgidə Bakı və Qazax xalçaları, milli geyim nümunələri, o cümlədən əl ilə toxunan corablar, eləcə də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən kəlağayılar nümayiş olunub.
Bundan əlavə, azərbaycanlı rəssamların “İpək Yolu” hekayələrindən ilhamlanaraq yağlı boya ilə çəkdikləri əsərləri ziyarətçilərə təqdim edilib.
ABŞ-nin Corc Vaşinqton Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə ölkəmizin tarixi və mədəni dəyərlərini əks etdirən sərgi təşkil olunub. Sərgidə Bakı və Qazax xalçaları, milli geyim nümunələri, o cümlədən əl ilə toxunan corablar,… pic.twitter.com/qSCbUYRPWu
— Azerbaijani Diaspora (@DiasporaAz) February 24, 2026
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


