Danimarka humanitar yardım olaraq Ukraynaya 30 milyon dollar ayırıb

Baş səhifə

Bakı. Trend:

Danimarka hökuməti əlavə humanitar yardım qismində Ukraynaya 190
milyon kron (30 milyon ABŞ dolları) ayırıb.

Trend xarici KİV-ə
isitinadən xəbər verir ki, bu haqda krallığın Xarici İşlər
Nazirliyi məlumat yayıb.

Ölkənin xarici işlər naziri Lars Lyökke Rasmussenin sözlərinə
görə, həmin vəsait Ukrayna hökumətinin ölkədə yaşanan kəskin
humanitar vəziyyətin öhdəsindən gəlməsinə və uzunmüddətli
perspektivdə dəstəyin təmin olunmasına imkan verəcək.




Həmin vəsaitin Danimarkanın xeyriyyə təşkillatları vasitəsilə
BMT-nin Ukraynadakı Humanitar Fonduna, BMT-nin Qaçqınlar üzrə Ali
komissarlığının yerli idarəsinə, UNİCEF və Beynəlxalq Qırmızı Xaç
Komitəsinə köçürüləcəyi bildirilir.

Qeyd edək ki, 2022-ci ilin fevralından bəri Danimarka Ukraynaya
ümumilikdə 205 milyon dollar humanitar və 11,19 milyard dollar
hərbi yardım göstərib.