
Bakı. Trend:
Polşa 24 fevral 2022-ci ildən etibarən Ukraynaya 318 ədəd tank,
586 ədəd müxtəlif tipli zirehli şəxsi heyət daşıyıcısı, 137
artileriya qurğusu, həmçinin 10 “MiQ-29” qırıcısı və 10 ədəd
“Mi-24” helikopteri göndərib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisinin
yaydığı bəyanatda bildirilir.
Məlumata görə, Ukraynaya göndərilmiş tanklar arasında “T-72”,
“PT-91”, “Leopard 2A4” modellərindən olan ağır hərbi texnika yer
alır.
Varşava eyni zamanda Ukraynaya “Crab” özüyeriyən haubitsası və
“Rak” özüyeriyən minaatanları yollayıb.
Sənədə əsasən, Ukraynaya ötürülmüş hərbi inventarın ümumi dəyəri
2025-ci ilin mart ayına qədər 18 milyard zlot təqribən 5 milyard
dollar təşkil edib.


