“Fənərbaxça”da zədə böhranı yaşanır

Baş səhifə

Bakı. Trend:

“Fənərbaxça”da “Kasımpaşa” ilə 1:1 hesablı heç-heçədən sonra
zədə böhranı yaşanır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, sözügedən qarşılaşmanın ilk
hissəsində Çağlar Söyüncü və Jayden Osteruolde zədələnərək meydanı
tərk etmək məcburiyyətində qalıblar.

Anderson Taliska və qapıçı Ederson görüşü tamamlasalar da,
oyunun sonunda hər iki futbolçunun ciddi ağrılarının olduğu
müəyyənləşib.




Məlumata görə, Çağlar Söyüncünün 2-3 həftə, Jayden Osteruolde,
Ederson Moraes və Anderson Taliskanın isə təxminən 3 həftə
meydanlardan kənarda qalacağı gözlənilir. Heyətdəki digər
zədəlilərdən Milan Şkriniarın 4, Edson Alvaresin isə təxminən 6
həftəyə heyətə qayıdacağı bildirilir.

Qeyd edək ki, Şkriniar, Osteruolde, Ederson, Taliska və Çağlar
milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə qədər
keçiriləcək 6 matçı buraxmalı olacaqlar. Edson Alvaresin isə “Beşiktaş” və ya “Kayserispor”la oyunlara qədər sağalması
proqnozlaşdırılır.