Bakı. Trend:
“Milli Şura”nın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində
axtarış aparılıb.
Trend-in əldə
etdiyi məlumata əsasən, Ramiz Mediyev və digərləri barəsində Dövlət
Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi
çərçivəsində, DTX tərəfindən Gültəkin Hacıbəylinin şahid qismində
ifadə verməyə dəvət olunduğu məlum olub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanan cinayət
işi ilə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1
(hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu
zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və
193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma)
maddələri ilə ittiham olunur.
Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri
Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident
Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib.

