
Gürcüstanın “İmedi” televiziya kanalı Böyük Britaniyanın ona qarşı tətbiq etdiyi sanksiya ilə bağlı bəyanat yayıb.
APA-nın yerli bürosu xəbər verir ki, telekanal sanksiyanın heç bir dəyər kəsb etmədiyini bildirib.
Bəyanatda qeyd olunub ki, “İmedi” üçün yeganə dəyər Gürcüstan xalqının etimadıdır.
“Bu etimad sayəsində biz uzun illərdir Gürcüstanda ən yüksək reytinqli televiziya kanalı statusunu qoruyub saxlayırıq. “İmedi” Gürcüstanda söz azadlığına var qüvvəsi ilə xidmət etməkdə davam edəcək”, – bəyanatda deyilir.
Sənəddə vurğulanıb ki, Böyük Britaniya hökuməti vaxtilə “İmedi” telekanalının ələ keçirilməsi ilə bağlı ümumi narahatlıq belə bildirməyib və üstəlik 2007-ci ildən sonra da Gürcüstanda demokratiyanı, insan haqlarını və söz azadlığını tapdalayan cinayətkar rejimə dəstəyini ifadə etməyə davam edib.


