Yanvarda BTC vasitəsilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri
ilə Türkiyə ərazisindən 16,125 milyon barrel neft nəql olunub.

Bu barədə Trend
Türkiyənin “BOTAŞ” şirkətinə istinadən xəbər verir.

Müqayisə üçün 2025-ci ilin yanvar ayında bu göstərici 17,571
milyon barrel təşkil edib. Beləliklə, nəql olunan neftin həcmi
1,446 milyon barrel və ya 8,2 faiz azalıb.




Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə BTC vasitəsilə
206,434 milyon barrel neft nəql olunub.

Müqayisə üçün 2024-cü ildə bu göstərici 224,142 milyon barrel
təşkil edib. Beləliklə, nəql olunmanın həcmi 7,9 faiz azalıb.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş
BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30.10%),
SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%),
TotalEnergies (5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%),
ExxonMobil (2.50%) və INPEX (2.50%).