
Bakı.Trend:
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi
tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik
vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Trend xəbər
verirt ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan
Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət
itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq
gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə
ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik
vasitə – marixuana aşkar edilib.


