
Bakı. Trend:
Türkiyə Super Liqasında XXIII tura yekun vurulub.
Trend xəbər verir ki, turun
son matçında “Fənərbağça” doğma meydanda “Kasımpaşa” ilə
qarşılaşıb. İstanbul nəhəngi bu matçdan 1:1 hesablı heç-heçə ilə
ayrılıb.
Qeyd edək ki, lider “Qalatasaray”la xal fərqini 2-yə endirən “Fənərbağça” 53 xalla 2-ci, “Kasımpaşa” isə 20 xalla 16-cı sırada
yer alıb.
Türkiyə Super Liqası
XXIII tur
“Fənərbağça” – “Kasımpaşa” 1:1
Qollar: M. Asensio, 90+5, – J.Allevinah, 90+11


