
Bakı. Trend:
Ukraynanın müharibədən sonrakı bərpası üçün tələb olunan
vəsaitin 10 il ərzində təxminən 588 milyard dollar olacağı ehtimal
edilir.
Trend xəbər verir ki, bu
rəqəmlər Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna
hökumətinin birgə hazırladığı hesabatda öz əksini tapıb.
Qeyd olunub ki, 2025-ci il dekabrın 31-nə olan hesablamalara
əsasən, ölkənin tam bərpası növbəti on il ərzində təqribən 588
milyard dollara başa gələcək. Hesabatda vurğulanır ki, bu göstərici
Ukraynanın 2025-ci il üzrə nominal ümumi daxili məhsulunu (ÜDM)
təxminən üç dəfə üstələyir.
Sahələr üzrə bölgüyə əsasən, nəqliyyat sektorunda bərpa işlərinə
96 milyard dollar, energetika sahəsinə 91 milyard dollara yaxın,
mənzil fonduna təxminən 90 milyard dollar, ticarət və sənaye
istiqamətlərinə 63 milyard dollardan artıq, kənd təsərrüfatına isə
55 milyard dollardan çox vəsait tələb olunur.
Sənəd müəllifləri bildiriblər ki, ərazilərin minalardan
təmizlənməsi üçün 28 milyard dollara qədər maliyyə vəsaiti lazım
ola bilər.


