Rubio Karib hövzəsi ölkələrinə səfər edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio fevralın 25-də Karib Hövzəsi
Ölkələri Birliyinin Hökumət Başçıları Konfransının (CARICOM) 50-ci
toplantısında iştirak etmək məqsədilə Sent-Kits və Nevisə səfər
edəcək.

Trend xəbər verir ki, bununla
bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb.




Bildirilib ki, səfər çərçivəsində Marko Rubio Karib hövzəsi
ölkələrinin rəhbərləri ilə regional təhlükəsizliyin daha da
möhkəmləndirilməsi, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıqla
mübarizədə əməkdaşlığın genişləndirilməsi, eləcə də regionda
iqtisadi inkişafın sürətləndirilməsi, səhiyyə sahəsinin və enerji
təhlükəsizliyinin təşviqi kimi əsas istiqamətləri müzakirə
edəcək.