Astarada əməliyyat: 10 kilo narkotik aşkarlandı

Baş səhifə

Bakı.Trend:

Astara rayonunda keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş
35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova
saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, həmin şəxslərdən
ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan
narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana
aşkarlanıb.




Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan
şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.