
“TuranTovuz”un yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan millisinin sabiq üzvü Zaur Ramazanovun nailiyyətini təkrarlayıb.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXI turunun oyununda fərqlənməklə nail olub.
Ozobiç turnirdə 70-ci qolunu vuraraq bu göstəricidə Ramazanova çatıb.
Premyer Liqada 2016/2017 mövsümündə debüt edən Ozobiç “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.
1. Nazim Əliyev – 183
2. Müşfiq Hüseynov – 125
3. Rövşən Əhmədov – 116
4-5. Qurban Qurbanov – 115
Samir Ələkbərov – 115
6. Alay Bəhramov – 108
7. Nadir Nəbiyev – 103
8-9. Xaqani Məmmədov – 102
Vadim Vasilyev – 102
10. Kənan Kərimov – 101
11. Musa Qurbanov – 94
12. Fazil Pərvərov – 89
13. Samir Musayev – 88
14-15. Fərrux İsmayılov – 85
İmamyar Süleymanov – 85
16. Samir Əliyev – 84
17. İsmayıl Məmmədov – 76
18. İlham Məmmədov – 74
19. Azər İsayev – 73
20. Paşa Əliyev – 72
21. Badri Kvaratsxeliya – 71
22-23. Zaur Ramazanov – 70
Filip Ozobiç – 70
Qeyd edək ki, Ozobiç “23-lük”də karyerasını davam etdirən yeganə futbolçudur.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


