Bakı. Trend:
Meksikanın bir neçə regionunda “Xalisko Yeni Nəsil” (CJNG)
narkokartelinin “El Menço” ləqəbli başçısı Nemesio Oseqera
Servantesin məhv edilməsindən sonra avtomobil yollarının kütləvi
şəkildə bağlanması, maşınların və kommersiya müəssisələrinin
yandırılması qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, əməliyyat Talpa-de-Alyende bələdiyyəsində
(Xalisko ştatı) keçirilib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə
cavab olaraq ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan,
Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentes ştatlarında kartel
üzvləri avtomobil yollarını bağlayıblar.
Servantes “El Çapo” ləqəbli Xoakin Qusmanın həbsindən sonra
ölkənin ən güclü narkobaronu hesab edilirdi. Kartel narkotrafikin
böyük hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatında
fəaliyyət göstərir.

