Azərbaycan çempionatında şahmat üzrə qaliblər mükafatlandırıldı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan çempionatının bağlanış və qaliblərin
mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri,
idman ictimaiyyətinin nümayəndələri və şahmat mütəxəssisləri
iştirak ediblər.

Trend xəbər verir
ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil
nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Şahmat
Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər
iştirak ediblər. Çıxışlarda ölkədə şahmatın inkişafı və gənc
istedadların uğurları xüsusi vurğulanıb.




Gərgin mübarizənin sonunda kişilər arasında Məhəmməd Muradlı,
qadınlar arasında isə Ülviyyə Fətəliyeva bütün rəqiblərini
qabaqlayaraq Azərbaycan çempionu tituluna yiyələniblər.

Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edib. Bunun 62
min manatı kişilər, 30 min manatı isə qadınların çempionatının
qalib və mükafatçıları arasında bölüşdürülüb.