Bakı. Trend:
Berlində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi
nəticəsində azı 12 nəfər xəsarət alıb.
Trend xəbər verir
ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla saat 13:30 radələrində baş
verib. İlkin məlumatlara əsasən, “VW Touran” markalı minik
avtomobili yol ayrıcında avtobusla toqquşub. Zərbənin təsirindən
avtobus hərəkət zolağından çıxaraq ağaca çırpılıb.
Hadisə yerinə təxminən 60 yanğınsöndürmə xidməti əməkdaşı cəlb
olunub.
Mövcud məlumata görə, avtobus sürücüsü və 10 sərnişin yüngül
xəsarətlər alıb.

