Norveç millisi Qış Olimpiya Oyunlarında medal sayında rekord nəticə ilə qalib gəldi

Baş səhifə

Bakı. Trend:

Norveç komandası bazar günü Milan və Kortina d’Ampezzoda başa
çatan Qış Olimpiya Oyunlarında qeyri-rəsmi medal sayında qalib
gəldi.

Trend-in
məlumatına görə, norveçlilər 18 qızıl, 12 gümüş və 11 bürünc medal
qazanıblar.




ABŞ komandası ikinci yeri (12, 12, 9), Niderland komandası isə
üçüncü yeri (10, 7, 3) tutub.