Bakı. Trend:
Qrenlandiya ABŞ xəstəxana gəmisini qəbul etmək istəmir.
Trend-in məlumatına görə, bu barədə Qrenlandiya hökumtənin
rəhbəri Yens-Frederik Nilsen ABŞ prezidenti Donald Trampın
Qrenlandiya sakinlərinə tibbi yardım göstərmək üçün adaya xəstəxana
gəmisinin göndəriləcəyi ilə bağlı açıqlamasına cavab olaraq
bildirib.
“Biz tərəfindən bu rədd ediləcək. Prezident Trampın Amerika
xəstəxana gəmisini buraya, Qrenlandiyaya göndərmək ideyası nəzərə
alınıb. Amma bizim dövlət səhiyyə sistemimiz var və vətəndaşlar
üçün müalicə pulsuzdur. Bu, şüurlu bir seçimdir, cəmiyyətimizin
fundamental bir hissəsidir”, – deyə siyasətçi “Facebook”
səhifəsində yazıb.
Nilsen həmçinin adanın hakimiyyət orqanlarının “ABŞ ilə də daxil
olmaqla, həmişə dialoqa və əməkdaşlığa açıq olduğunu”
aydınlaşdırdı.

