Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova Sumqayıt şəhər
1, 11, 16 və 18 nömrəli məktəblərlərinin şagirdləri ilə birlikdə
Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edib.

Trend xəbər
verir ki, qonaqlar muzeydəki eksponatlarla tanış olublar.




Onlara Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı misli
görünməmiş qəddarlıqla divan tutulması, Ermənistan silahlı
qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən
106-sı qadın, 63-ü uşaq və
70-i qoca olmaqla 613 nəfərin
xüsusi amansızlıqla öldürülməsi, 487 nəfər dinc
sakinin ağır yaralanması, 1 275 nəfərin girov
götürülməsi və hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat
verilib.