BTQ müstəmləkəçiliyə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının roluna fokuslanıb – Abbas Abbasov

Baş səhifə

Bakı.Trend:

Müasir azadlıq hərəkatları yerli əhalini səfərbər edərək
müstəmləkə istismarına qarşı milli identikliyi gücləndirir.

Trend xəbər
verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru
Abbas Abbasov bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal
Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib
.

O, bu mübarizədə kolonial hakimiyyətlərə qarşı diplomatiya,
etirazlar və beynəlxalq vəkillik kimi strateji addımların
atıldığını bildirib.

A.Abbasov BTQ-nin son iki ildəki fəaliyyətindən də danışıb:

“Biz müstəmləkəçiliyə qarşı mübarizədə qeyri-hökumət
təşkilatlarının roluna fokuslanmışıq. Son iki il ərzində 35-dən çox
beynəlxalq konfrans təşkil olunub, 150-yə yaxın resurs araşdırması
aparmışıq və 40-dan çox hesabat dərc edilib”.

A. Abbasov 2025-ci ilin aprelində Afrika mənşəli insanlar üçün
keçirilən forumda təqdim olunan hesabatın BMT Baş katibinin
proqramına daxil edildiyini böyük nailiyyət kimi
qiymətləndirib.